Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL

Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vasif İmanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovdur.

Vasif İmanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vasif İmanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vasif İmanovun İcra Hakimiyyətinin Başçısı vəzifəsini daşıdığı Pirallahı rayonda görülən işlərin siyahısına nəzər salanda isə İnstitutunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Vasif İmanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vasif İmanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vasif İmanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vasif İmanovdan danışdılar yaxşı ki, Vasif İmanov öz isguzarlığı ilə tanınır və seçilir….

Azərbaycan tarixində igid, cəsur, cəsarətli, qeyrətli şəxslər çox olub, tarixə nəzər salsaq, bunun şahidi olarıq. Amma tarix boyu indiyədək Azərbaycanı ölkə səviyyəsində Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov kimi təbliğ edən, şərəfləndirən icra başçısı az olub. Bu müdriklik və xoşbəxtlik hər insana nəsib olmayıb. Qəbul edilən və sevilən Vasif İmanov bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlib.

Onu öz millətinə sevdirən də elə bu gözəl keyfiyyətlərdir. İndi öz xalqının nəzərində onun gözəl və ağıllı, müdrik bir icra başçısı kimi olduqca müsbət imici, gündən-günə artan nüfuzu var...

Pirallahı rayonu hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Pirallahı rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Pirallahı rayonunda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Vasif İmanov və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun özünü və gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.




Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏL
Vasif İmanov rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər