Bərdə şəhərinin Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb.
Report xəbər verir ki, “Azərsu” ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüldüyü bildirilib:
“Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək”.
Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.