Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Ceyhun Cəfərovun əməyi böyükdür

Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdür

Bir neçə gün bundan əvvəl təsadüfən internetdə bəzi saytlarda “Kürdəmirdə başçı var, hakimiyyət isə sanki yoxdur”... başlıqlı yazısına rast gəldim. Əvvəla bunu yazan jurnalist həmkarımız bilməlidir ki, yazıya bu cür başlıq verməklə onlar xalqı üsyana qaldırmaq üçün bir növ təbliğat aparırlar. Bu da Azərbaycan Respublikasının qanunlarına əsasən cinayət sayılır. Nə isə yazını oxuduqdan sonra Kürdəmir Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladım. İcra Hakimiyyətindən bildirdilər ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Tamamilə şər-böhtandan ibarət şantaj xarakterli yazıdır. O yazını hazırlayan jurnalist əslində heç Kürdəmirdə olmayıb. Əgər o bircə dəfə Kürdəmirdə olsa idi, reallığı öz gözləri ilə görərdi. Biz onu dəvət elədik Kürdəmirə gəlsin görsün sonra yazsın. Əslində o yazıya görə biz onu məhkməyə də verə bilərik. Ancaq pula görə ağlını itirmişlərin ağıla gələcəyinə ümid edib, bu yolu tutmuruq.

Bir balaca ağıl sahibi olan adam bu qədər dayaz düşüncə məhsulunu ortaya qoymaz.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Kürdəmirin təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

Kürdəmir neçə illərdir mərdliklə hər çətinliyə sinə gərir. Düşmən Kürdəmirə baxıb hər an köksünü ötürür. Çünki rayon onun gözü qarşısında, hər gün, hər saat gözəlləşir, inkişaf edir. Kürdəmir rayonunda aparılan tikinti-quruculuq və abadlıq işləri kəndlərimizə də öz təsirini göstərir. Kəndlərimiz abadlaşır və inkişaf edir.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Kürdəmir rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. . Bu da Kürdəmirin regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır

Doğrudan da Kürdəmir regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir rayon İH başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Əminik ki, Kürdəmir bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Kürdəmirin respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Kürdəmirin regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində  Ceyhun Cəfərovun əməyi böyükdürБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər