Sabirabad: məqsədə çatmaq istəyi məsuliyyət hissini artırır

Sabirabad: məqsədə çatmaq  istəyi məsuliyyət hissini artırır


Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub

Sabirabad: məqsədə çatmaq  istəyi məsuliyyət hissini artırır


Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

18 mart 2021-ci il tarixdə Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peyvənd olunmaq məqsədilə rayon Gənclər Mərkəzinə gəlmişdir. İcra başçısı peyvəndən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub. Siraqəddin Cabbarov qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb.

Həmçinin rayon İcra Hakimiyyətinin bir çox əməkdaşları da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.

Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu kampaniyada hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.

Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

18 mart 2021-ci il tarixə Sabirabad rayonu üzrə ümumilikdə 6636 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 5451 nəfər birinci doza, 1185 nəfər isə ikinci doza peyvənd olunmuşdur.

Sabirabad: məqsədə çatmaq  istəyi məsuliyyət hissini artırır


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Siraqəddin Cabbarovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.

Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Siraqəddin Cabbarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Siraqəddin Cabbarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Siraqəddin Cabbarovdan danışdılar yaxşı ki, Siraqəddin Cabbarov Sabirabad rayon icra hakimiyyətinin başçısı təyin olunub… Siraqəddin Cabbarov öz isguzarlığı ilə tanınır və seçilir….

Siraqəddin Cabbarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Siraqəddin Cabbarovu heç vaxt əqidəsindən döndərə bilməz.

Siraqəddin Cabbarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Siraqəddin Cabbarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Siraqəddin Cabbarov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Siraqəddin Cabbarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Siraqəddin Cabbarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Siraqəddin Cabbarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabirabad rayon icra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Siraqəddin Cabbarov özünü doğruldub. Bizdə hörmətli Siraqəddin Cabbarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər