Muqais Verdiyev Azərbaycan naminə fəxri media mükafatına laiq görülüb

Muqais Verdiyev Azərbaycan naminə fəxri media mükafatına laiq görülüb






Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Muqais Verdiyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Muqais Verdiyev yüksək insanlığı ilə seçilən bir insan və rəhbərdir!

Muqais Verdiyev prezident İlham Əliyevin uğurlu seçimidir!

Muqais Verdiyev xeyirxah əməlləri və səmərəli fəaliyyəti ilə cəmiyyətdə yaşından, sosial statusundan, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin böyük rəğbətini qazanıb

Bir sözlə, Muqais Verdiyevin çoxşaxəli fəaliyyəti bütövlükdə cəmiyyətimiz, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur və Azərbaycan naminə fəxri media mükafatına laiq görülüb.

Bakuxeber.info informasiya agentliyinin rəhbəri və kollektivi adından Muqais Verdiyevi təbrik edirik, işlərində uğurlar və can sağlığı diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər