Əkbər Hacıyev bütün işlərini yüksək professionallıqla və böyük operativliklə icra edir!

Əkbər Hacıyev bütün işlərini yüksək professionallıqla və böyük operativliklə icra edir!











ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Əkbər Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Əkbər Hacıyevi nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Əkbər Hacıyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Ona etibar edilən bütün postlarda Əkbər Hacıyev özünü doğruldub. Bizdə hörmətli Əkbər Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər