Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov haqqında Şər və Böhtan yazanlara tutarlı CAVAB - ÖZƏL

Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov haqqında Şər və Böhtan yazanlara tutarlı CAVAB - ÖZƏL














Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən "Xəstələri qul kimi işlədən dispanserin adı növbəti rüşvət qalmaqalında - Video/Şok faktlar ", “1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında baş həkim “qoçu” saxlayır, 1 saylı Psixiatriya Xəstəxanasının fəaliyyəti niyə yoxlanılmır?” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovdur.

Ağahəsən Rəsulovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Psixiatriya xəstəxanasına baş həkim gəldiyi gündən Psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun baş həkim vəzifəsini daşıdığı Psixiatriya xəstəxanasında görülən işlərin siyahısına nəzər salanda isə xəstəxanada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimizin peşəkarlıq səviyyəsini artırılması da ön plandadır. Belə ki, həkimlərimiz Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı bir çox dünyanın aparıcı klinikalarının professor və həkim heyyəti xəstəxanamıza dəvət olunmuş və elmi-praktik konfransları təşkil olunmuşdur. Xəstəxanamız son 2008-2013-cü illərdə tam əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər