Yaqub Məmmədov: Səhiyyəmiz sürətlə inkişaf edir

Yaqub Məmmədov: Səhiyyəmiz sürətlə inkişaf edir





Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Yaqub Məmmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Yaqub müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Hospital qarajlarının müdüri Yaqub Məmmədov - Azərbacan xalqının ümummilli lideri Heydər Əliyev ölkəyə yenidən rəhbərliyinin ilk günlərindən başlayaraq siyasi, iqtisadi və sosial inkişafın təxirəsalınmaz vəzifələri sırasında səhiyyə problemini də başlıca problemlərdən biri - dərin analitik iş görülməsini, səhiyyə şəbəkəsinin və onun bütün potensialının sosial-iqtisadi formasiyanın prinsipcə yeni şəraitinə uyğunlaşdırılmasını tələb edən problem səviyyəsinə qaldırdı. Müsbət cəhətlər sırasında ölkə rəhbərliyinin ictimai-siyasi vəziyyəti sabitləşdirmək, cəbhədə bütün qarşıdurma xətti boyunca atəşi dayandırmaq, geniş sosial yardım proqramını həyata keçirmək, qaçqın və məcburi köçkünlər üçün kompensasiya mexanizmləri tətbiq etmək sahəsindəki fəaliyyətini xüsusi vurğulamaq lazımdır.

Səhiyyə sisteminin istiqamətinin dəyişdirilməsi, əhaliyə tibbi yardım göstərilməsi və bu yardımın təşkili sahəsində islahatlar ölkənin iqtisadi və sosial infrastrukturunu inkişaf etdirməyin qlobal strateji proqramının, bazar iqtisadiyyatına malik dünyəvi, demokratik cəmiyyət qurulması prinsiplərinə söykənən proqramın bir hissəsi kimi müəyyənləşdirilmişdir.

Buna uyğun olaraq, bütün sahənin təşkilini, onun xidmətlərinin mahiyyətini və faktik fəaliyyətini, habelə sahənin səmərəli fəaliyyətini təmin edən ictimai funksiyanı müəyyənləşdirmək yolu ilə onların qarşılıqlı münasibətlərini köklü surətdə dəyişdirmək, dövlət idarəetməsinin yeni sistemini yaratmaq vəzifəsi qarşıya qoyulmuşdur.

Səhiyyə sistemində yaranmış böhranın səbəblərindən biri sahənin dövlət tərəfindən maliyyələşdirilməsinin getdikcə azalması ilə mövcud strukturlar arasındakı qeyri-tarazlıq olmuşdur. Son illərdə Azərbaycan hökumətinin gördüyü tədbirlər, habelə pullu tibbi xidmətlərin inkişafı və beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətinin bəzi mühüm istiqamətlərində problemin gərginliyi azalmış və ya aradan qaldırılmışdır. Bütünlükdə isə səhiyyə sistemində əsaslı islahatın aparılması Azərbaycan dövlətinin geniş iqtisadi və sosial siyasətində ən vacib vəzifələrdən biridir.
Səhiyyəmiz cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı, ixtisasca həkim olan Mehriban Əliyevin qayğısı və diqqəti sayəsində özünün çiçəklənmə dövrünü yaşayır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər