Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!




Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovdur.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Vasif İmanovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vasif müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Respublikamızın digər rayonlarında olduğu kimi, Pirallahıda da 2016-cı ilin ötən dövründə iqtisadi və sosial sferada müsbət nəticələr əldə olunub. Xüsusən iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb.

Bir sözlə, pirallahlılar Vasif müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Vasif müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.


Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Vasif İmanov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər