Azərbaycanın yaşıl enerji siyasəti: inkişaf modeli

Azərbaycanın yaşıl enerji siyasəti: inkişaf modeli


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də İmişli rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayevdir.

Azərbaycanın yaşıl enerji siyasəti: inkişaf modeli


İmişli rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayev fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət İmişli rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayevin qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan İmişli rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayevin adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Zülfü Ağayevin kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Zülfü Ağayev bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Zülfü Ağayev bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

İmişli rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfü Ağayev - Yaşıl enerji sahəsində inkişaf bütün dünyada böyük əhəmiyyət kəsb edir. Ölkələr səmərəli və müstəqil enerji istehsalı yollarını axtarmaq üçün yaşıl enerjiyə tələbatını artırır. Bu kontekstdə Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi siyasət öz nümunəvi cəhətləri ilə diqqət çəkir. Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı çıxışlarına nəzər saldıqda görürük ki, Azərbaycanın yaşıl enerji siyasəti inkişaf modelidir.

Azərbaycan son illərdə yaşıl enerji sahəsində ciddi addımlar atmış və irəliləyən bir inkişaf modeli qurmuşdur. Ölkə, enerji sənayesində güclü bir neft və qaz sənayesinin yanında, yaşıl enerji sahəsində də diqqət çəkən yatırımlar həyata keçirir. Bu, sürətli bir dəyişiklik və əsaslı bir diversifikasiya işarəsidir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl enerji sahəsində atdığı addımların həcmini geniş şəkildə ifadə edir. Bu tədbir dünya ictimaiyyətinə Azərbaycanın bu sahədəki artan rolunu və potensialını təqdim etmək imkanı verəcək.

Azərbaycanın Avropa ölkələri ilə strateji tərəfdaşlığı, razılaşmaları və bəyannamələri ölkənin yaşıl enerji sahəsindəki nailiyyətlərinin dünya miqyasında tanınmasına və dəstəklənməsinə töhfə verir.

Prezident Əliyevin vurğuladığı kimi, neft və qaz Azərbaycan üçün dəyərli sərvətlərdir, lakin bu resurslar yalnız enerji istehsalı üçün deyil, həm də yaşıl enerji sahəsinin inkişafı və ölkənin sosial-iqtisadi məqsədlərinə nail olmaq üçün istifadə olunmalıdır.

Azərbaycanın coğrafi şəraiti yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün buranı ideal məkan edir. Güclü külək və günəş enerjisi layihələri, Azərbaycanın yaşıl enerji istehsalında əsas rol oynayır. Yaşıl enerji siyasəti, ölkənin sürətli inkişafının, bölgədə lider rolunun və dünya miqyasında nüfuzunun daha artmasına təkan verən amillərdən biridir. Bu, ölkənin enerji sənayesində diversifikasiya və çeviklik, habelə regional sabitlik və ətraf mühitə qarşı məsuliyyət anlayışının bir ifadəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər