Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri

Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri




Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovdur.
Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri
Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri


Yayın nəfəstəngidən günlərində istirahətini daha səmərəli keçirmək, dincəlmək, gələcək sağlamlığına stimul yaratmaq, müalicə olunmaq hər kəsin ömür-gününə qayğısıdır. Dünyanın məşhur turizm mərkəzləri ilə bir vaxtda ölkəmizin də zəngin və möcüzəli təbiətinə vurğun olanlar əsrarəngiz gözəllikləri, qonaqpərvərliyi, sağlamlığına dəstək verdiyi yerləri heç vaxt unutmur. Nöbəti ildə də bu yadda qalan olayları görmək arzusu ilə günü-günə, ayı-aya qatır, bu anı səbirsizliklə gözləyir.
Axı ecazkar təbiəti, termal suları, zümrüd meşələri, qaynar gözlü bulaqlar, dağların köksündən süzülən şəlalələri necə unutmaq olar?

Çayın yatağındakı nəhəng sal daşlı qayalardan fəvvarə vurub qaynar-qaynar Viləşə qovuşan İsti su Ulu Tanrının qüdrətindən gözəllik, möcüzəlik alıb. Sanatoriyadakı bu ilki qələbəlik ötən illərdəkindən fərqlənir. Bunu meydançadakı ayrı-ayrı şəhər və rayonlardan gələn maşınların çoxluğundan da görmək olur. Yaxınlıqdakı istirahət mərkəzlərindən İsti suyun qarşısındakı meydançasına kimi insan axını var. Viləşin sahilində günəş vannası qəbul edənlər, at üstündə, təbiətin gözəlliyinə sığınıb, bulaq başında Şəlalə suyunun yığıldığı hövuzda, Mədə bulağında şəkil çəkdirənlərin çoxluğu bu qələbəliyi tamamlayır.

Bu,bütün varlığı ilə insanlara xidmət istəyindən doymayan Masallı “Fatimeyi-Zəhra” İsti Su Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarovun işgüzarlığının, vətənpərvərliyinin bəhrəsidir.
Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri
Masallıda turizm mövsümü uğurlu başlayıb - İsti su möcüzələri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər