Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Taleh Qaraşov növbəti səyyar görüş qəbulunu Separadi kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Separadi kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

T.Qaraşov yerli insanlara ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə isə aidiyyəti yuxarı dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlar məlumatlandırılıblar. Onun sözlərinə görə, səyyar görüş-qəbullar dövlət başçısının göstərişinə uyğun olaraq keçirilir və məqsəd yerlərdə vətəndaşları narahat edən məsələləri öyrənmək, onların həlli mexanizmini müəyyən etmək, bu istiqamətdə aidiyyəti qurumlar qarşısında təkliflər irəli sürmək və məsələ qaldırmaq, nəticə etibarı ilə vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaqdır. Taleh Qaraşov çıxışında vətəndaşların məşğulluğunun təmin olunması məsələsinə toxunub və bildirib ki, kəndlərdə vətəndaşların təsərrüfatla məşğul olması üçün bütün imkanlar mövcuddur və dövlət bu məsələdə müxtəlif layihələr həyata keçirir, güzəştlər tətbiq edir.

İcra başçısı yerli insanlar tərəfindən qaldırılan hər bir məsələni təmkin və səbrlə dinləyib, aidiyyəti üzrə qurumlara tapşırıq və tövsiyələrini verib. Taleh Qaraşov qeyd edib ki, hər bir müraciət onun şəxsi nəzarətindədir və nəticə barədə vətəndaşlara qanunvericiliyə uyğun formada və müddətdə cavab veriləcək.

Separadi və Tükəvilə kəndlərinin sakinləri də öz növbəsində səmimi qəbula görə rayon rəhbərliyinə təşəkkür ediblər. Yerli sakinlər vətəndaş-məmur münasibətlərindəki məmnunluq səviyyəsinin artdığını, istənilən müraciətlərinə həssas yanaşıldığını vurğulayıblar və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir


Sütəmurdov kəndinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan razı qalıblar
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Vətənimizin azadlığı, suverenliyimizin bərpası, müstəqilliyimizin qorunması uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşün Ramazan bayramı ərəfəsində keçirildiyini vurğulayıb və Sütəmurdov sakinlərinin simasında bütün lənkəranlıları müqəddəs bayram münasibətilə təbrik edib, hər birinə ən səmimi arzu də diləklərini çatdırıb.

Daha sonra Taleh Qaraşov ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. İcra başçısı bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar görüşlər vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılmasına, insanlarla birbaşa dialoqun qurulmasına, qarşılıqlı etimadın gücləndirilməsinə və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsinə xidmət edir.

Taleh Qaraşov səyyar görüş-qəbulda qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu, bütün müraciətlərə həssas yanaşıldığını qeyd edib. Yerli insanlar tərəfindən qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlər verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi səlahiyyətli şəxslərə tapşırılıb.

Sütəmurdov kəndinin sakinləri səmimi qəbula görə icra başçısına təşəkkür ediblər. Yerli insanlar Lənkəranda vətəndaş məmnunluğunun, sosial-iqtisadi inkişafın təmin olunması, abadlıq-quruculuq işlərinin aparılması, yeni yolların salınması və bütövlükdə rayonun iqtisadi və sosial həyatındakı müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər