Həftənin ilk günü hava necə olacaq? – PROQNOZ

Həftənin ilk günü hava necə olacaq? – PROQNOZ

Sentyabr ayının 9-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həftənin ilk günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq.

Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunu müşahidə ediləcək.

Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər