Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elxan Usubov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Usubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elxan Usubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşbulaq kəndinin sakinləri ilə görüşüb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib


Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərindən və əldə olunnuş nəticələrdən danışıb, Prezident cənab İlham Əliyevin oktyabr ayının 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışından bəzi mesajları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonra kənd sakinləri İslamov Nail, Məmmədov Xalid, Hüseynov Dilavər və başqaları çıxış edərək Daşbulaq kəndinə optik internet xəttinin çəkilməsi, yüksək və aşağı gərginlikli elektirik dirəklərinin və naqillərinin dəyişdirilməsi, Daşbulaq kəndini əsas maqistral yolla birləşdirənn 5 km yolun əsaslı təmiri və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı dini radikalizmin, narkomaniyanın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov növbəti səyyar qəbullar keçirib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər