Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir


AYDAA-nın "39 saylı Zərdab Yol İstismarı İdarəsi" MMC-nin direktoru Güloğlan Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Güloğlan Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Güloğlan Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, AYDAA-nın "39 saylı Zərdab Yol İstismarı İdarəsi" MMC-nin direktoru Güloğlan Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Güloğlan Əliyev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Güloğlan Əliyev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

AYDAA-nın "39 saylı Zərdab Yol İstismarı İdarəsi" MMC-nin direktoru Güloğlan Əliyev - Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası sayəsində son illərdə ölkədə bir sıra respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər, yolötürücüləri tikilib, yaxud təmir edilib.

Bu proqramlarda nəzərdə tutulan tədbirlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli işlərin həyata keçirilməsinə imkan verir. Nəticədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və iri həcmli investisiyalar yönəldilib.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

Müasir yol infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ, rayonlarımız və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib.

Yol rahatdırsa, insanlar da rahat olur və gediş-gəliş zamanı əziyyət çəkmirlər. Hansı kəndin, şəhərin yolu rəvandırsa, oraya işləməyə gələn də, alış-veriş edən də çox olur. Bir sözlə, iqtisadiyyat inkişaf edir.

Bir yumruq kimi səfərbər olmuş Azərbaycan xalqı

Birinci Vətən müharibəsindəki məğlubiyyət illər boyu xalqımızın qəlbində bir dağ olmuşdur. Ata-baba torpaqlarından qovulmuş yurddaşlarımız illərlə yurd həsrətilə alışıb yanmışlar.
Antimilli ünsürlərin hakimiyyəti zəbt etməsi, hakimiyyət uğrunda gedən mübarizələr torpaqlarımızın faktiki olaraq təslim edilməsinə gətirib çıxarmışdır. Xalqımızın faciələrlə dolu ağır günlərində onları düşündürən yalnız öz mövqeləri olmuşdur. Hakimiyyətdə olduqları müddətdə ölkəni bərbad vəziyyətdə qoymuş, qardaş qırğınına,vətəndaş müharıbəsinə səbəb olmuşlar.İgid oğullarımız Vətən uğrunda canlarından keçir,torpaqlarımız əldən gedir,onlar isə hakimiyyəti möhkəmləndirmək üçün hər cür xəyanətə əl atırdılar.Az bir müddətdə hakimiyyətdə olsalar da, xalqa, Vətənə vurduqları zərbə sarsıdıcı oldu.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir

30 ilə yaxın Azərbaycan özünü doğrultmağa, ayağa dürmağa çalışdı. Haqqını tələb etdi, ədalət aradı,səbrlə, qanunla rəftar etməyə çalışdı. Dayanmadı, əyilmədi, yolundan dönmədi. Lakin düşmən zəif olsa da, havadarları çox idi, haqqı, ədaləti boğmağa çalışırdılar. Elə bildilər ki,Azərbaycan xalqını əydilər.Ancaq bu, mümkün olmadı. Bütün dünya xalq birliyinin şahidi oldu. 30 ilə yaxın deyilən sözləri eşitməyən dünya ictimaiyyəti 44 günə xalq-iqtidar birliyinin nələr edə biləcəyinin şahidi oldu.
Qarabağ müharibəsi başlayanda hələ dünyaya göz açmamış oğullar Qarabağ torpaqlarını mənfur düşməndən təmizlədilər. I Qarabağ müharıbəsində xəyanətə uğramış igidlərimizin övladları II Qarabağ müharibəsinin qəhrəmanları oldular.Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar,qazi oldular,tarixi ədaləti bərpa etdilər.Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi.
Vətən müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa , düşmənə layiqli cavab verməyə qadir və hazırdırlar. Hal-hazırda azad olunmuş torpaqlarımızda gedən quruculuq işləri bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və torpağın əsl sahibi öz yurduna qayıdıb.
Bu gün Qarabağ günü –gündən çiçəklənir,həyatın hər sahəsində burada inkişaf gedir.”El bir olsa, zərbi kərən sındırar” deyib atalar. Azərbayca xalqı da el birliyi ilə Qarabağa həyatı qaytarır.
Yeni yollar iqtisadiyyatın inkişafına, insanların rahatlığına xidmət edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər