Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir

Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir


Suraxanı Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri, 1-ci dərəcə dövlət qulluqçusu Mehman Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mehman Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mehman Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Suraxanı Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri, 1-ci dərəcə dövlət qulluqçusu Mehman Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Noyabrın 18-də Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anım günündə şəhid Səfərov Cəsarət Xaliq oğlu da anıldı

Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir


Noyabrın 18-də Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anım günündə şəhid Səfərov Cəsarət Xaliq oğlu da anıldı.
Qeyd edək ki, səfərovlar ailəsinin digər üzvü, Şahmar Səfərovun əmisi oğlu Səfərov Cəsarət Xaliq oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Şahmarla böyüyən Cəsarət elə onunla birlikdə vətənə layiqincə xidmət edib, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub.
Şəhid Şahmar Səfərovun anım günündə qəhrəman Cəsarət Səfərov da anılaraq məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir


Vətən müharibəsinin şəhidi Vaqif Mərdanovun ailəsində xoş gün yaşanıb

Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir


Vətən müharibəsinin şəhidi Vaqif Mərdanovun ailəsində xoş gün yaşanıb
Noyabrın 18-də şəhidimizin qardaşı Vasif Mərdanovun nişan mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da iştirak ediblər.
Əziz Əzizov və Vüqar Seyidov gənclərə xeyir-dua verərək ən xoş arzularını çatdırıb, birgə ömür yollarında onlara xoşbəxtlik, ailə səadəti arzu ediblər, həmçinin onların valideynlərinə gözaydınlığı veriblər.

Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir
Mehman Hüseynov: Şəhid ailələri, qazilər daim diqqətimizdədir


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər