Şəfahət İmranov: 7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən yaddaqalan seçkisi oldu

Şəfahət İmranov: 7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən yaddaqalan seçkisi oldu


Azərbaycan Respublikasının Hərbi prokurorunun Müavini, ədliyyə general-mayoru Şəfahət İmranov - 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycanın gələcək inkişafını müəyyən edən və ona doğru atılan yeni addımlarının başlanğıcı hesab etmək olar.

7 fevralda Azərbaycan vətəndaşının Prezident İlham Əliyevə yenidən etimad göstərməsi aşağıdakı məqamları söyləməyə imkan verir:

"Birincisi, seçkilər ilk dəfə Respublikanın bütün ərazilərində keçirildi. 1923-cü ildən Azərbaycanın üzərindən asılan "Domokl qılıncı" üzərimizdən birdəfəlik götürüldü.
Şəfahət İmranov: 7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən yaddaqalan seçkisi oldu

İkincisi, cənab Prezidnetin Xankəndidə səs verməsi bütün dünyaya, xüsusən də ermənilərin havadarlarına bir mesaj idi. Xankəndidə səs verməklə cənab İlham Əliyev bir daha dünyaya bildirdi ki, bura Azərbaycan torpağıdır və kimsə göz dikə bilməz. Biz azad etdiyimiz torpaqlarda demokratik, azad, şəfaf seçki keçiririk. Burada istənilən xalqın nümayəndəsi yaşayıb demokratik prosesin iştirakçısı ola bilər.

Üçüncüsü, cənab İlham Əliyev dünyaya nümayiş etdirdi ki, dünyanın müxtəlif ölkələrində münaqişələr olsa da, Azərbaycan öz gücünə belə geosiyasi cəhətdən çox mürəkkəb münaqişəni həll edib ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Artıq erməni kartından istifadə edib Qafqaza göz dikənlərin planlarını alt-üst etdi. Oların çirkin oyunlarını fiaskoya uğratdı. Bununla da Azərbaycan bölgədə yeni təhlükəsizlik arxitekturası yaratmış oldu.
Hesab edirəm ki, bölgədə mövqelərini möhkəmlətmək üçün Ermənistandan bir vasitə kimi istifadə etmək istəyənlər onu məhvə sürükləyirlər. Ukraynanın üzləşdiyi tale ilə Ermənistan da üzləşməli olacaq və bundan uduzan yenə də onlar olacaq".

Seçkilər çox yüksək səviyyədə demokratik və şəffaf keçib.

"7 fevralda xalq əvvəlcədən kimə səs verəcəyini bilirdi. Qalib xalq qalib sərkərdəsini yenidən seçdi. Burada başqa düşüncə ola bilməzdi. Lakin bu, demokratik seçki yolu ilə həyata keçirildi. Xalqın seçki bitəndən sonra Respublikanın müxtəlif şəhərlərində küçələrə çıxıb bayram edib şənlənməsi bunun bariz nümunəsi idi. Seçkinin nəticələrini bayram edən xalqın bu görüntüləri Şuşanın azad edilməsindəki əzəmətli günü xatırlatdı.

Bütün parametrlərinə görə, 7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən yaddaqalan seçkisi oldu. Bu seçki dünyaya bir mesaj oldu ki, görün və nəticə çıxarın".
Şəfahət İmranov: 7 fevral prezident seçkiləri Azərbaycan tarixinin ən yaddaqalan seçkisi olduБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər