“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı


Türkiyənin “Qalatasaray” klubunda növbəti dəfə növbədənkənar prezident seçkiləri təxirə salınıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb göstərilib.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri mayın 22-nə təyin olunmuşdu. Bundan öncə ötən ilin dekabrında da keçirilməli olan prezident seçkisi eyni səbəbdən təxirə salınmışdı.

Onu da əlavə edək ki, indiyədək Burak Elmas, Metin Öztürk və Eşref Hamamcıoğlu prezidentliyə namizədliyini açıqlayıb. Hazırkı prezident Mustafa Cengizin isə namizəd olub-olmayacağı bilinmir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər