Rəşid Piriyev: Qalib Liderə xalqın etimadı sonsuzdur!

Rəşid Piriyev: Qalib Liderə xalqın etimadı sonsuzdur!


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Rəşid Piriyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəşid Piriyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəşid Piriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rəşid Piriyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəşid Piriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Rəşid Piriyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rəşid Piriyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rəşid Piriyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rəşid Piriyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rəşid Piriyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rəşid Piriyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rəşid Piriyev özünü doğruldub. Bizdə hörmətli Rəşid Piriyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev - Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi sayəsində qazanıb. Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı belədir: “Qalib xalqın qalib Lideri”.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər - seçicilərlə görüşlər keçirilir. Mən də təşviqat qrupunun üzvü kimi seçkiqabağı təşviqat kampaniyasında iştirak edirəm. Onu qeyd edim ki, cənab İlham Əliyevin təşviqatı ilə bağlı tədbirlərdə iştirak etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir.

Seçicilərlə keçirilən görüşlərdə son 20 ildə Azərbaycanın bütün sahələrində əldə edilmiş uğurlara bir daha nəzər salınması, keçdiyimiz yolun, qazanılan uğurların xüsusən gənclərin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məsələdir. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi yaxşı bilməlidir, bizə tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın kim olduğunu unutmamalıdır. Keçirilən seçkiqabağı görüşlər onu deməyə əsas verir ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, namizədimizi dəstəklədiklərini əyani şəkildə nümayiş etdirirlər.

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olunub. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də sabah görüləcək işlər - qarşıda duran vəzifələr ətraflı göstərilib. Bunlar Azərbaycanı daha irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq imicini artırmaq, Qarabağı qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, keçmiş məcburi köçkün vətəndaşlarımızı öz ata-baba yurdlarında daimi məskunlaşdırmaq, bütün sahələrdə tərəqqini təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm məsələləri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o öz üzərinə götürə, şərəflə və müvəffəqiyyətlə yerinə yetirə bilər. Özünün də dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.
Rəşid Piriyev: Qalib Liderə xalqın etimadı sonsuzdur!

Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaq.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər