Putin Rusiyanın "maska"sını yırtdı: Kreml Bakıdan "Qarabağdan çıx" mesajını artıq alıb

Putin Rusiyanın "maska"sını yırtdı: Kreml Bakıdan "Qarabağdan çıx" mesajını artıq alıb


Ermənistan hərbi-siyasi və hüquqi cəhətdən prosesdən kənarlaşdırılıb, indi Kreml məhz regional və beynəlxalq mövqeləri daha güclü, eləcə də Türkiyə kimi hərbi müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qalıb... Rəsmi Bakının "rus sülhməramlılar çıxarılsın" tələbini irəli sürəcəyini Kreml artıq indidən tam dəqiqliyi ilə bilir və buna müqavimət göstərmək üçün Rusiyanın real variantı isə demək olar ki, yoxdur...
Azərbaycan dövləti qarşıya qoyduğu bütün hədəflərə doğru inamla addımlayır. Rəsmi Bakı Qarabağ regionu üzərində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun planlarını addım-addım reallaşdırır. Və bu məsələdə Azərbaycan dövləti nə erməni hay-küyünə, nə də Ermənistanın beynəlxalq himayədarlarının təzyiqlərinə qətiyyən əhəmiyyət vermir.

Artıq Ağdam-Xankəndi yolu reallığa çevrilmək üzrədir. Rusiyanın bu yolla göndərdiyi humanitar yük Xankəndiyə çatıb. Bundan sonra Azərbaycanın göndərdiyi humanitar yükün də Ağdam Xankəndi yolundan keçəcəyi qətiyyən şübhə doğurmur. Başqa variant sadəcə, mövcud deyil. Və erməni separatçı-terrorçuların buna göstərdiyi müqavimət artıq heç bir önəm daşımır.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində hər şey rəsmi Bakının qərarlarına uyğun olacaq. Erməni azlığının bu bölgədə qalıb, yaşamaq istəyən təmsilçilərinin gələcək taleyini rəsmi Bakı məhz Azərbaycan Konstitusiyası çərçivəsində müəyyən edəcək. Və bu prosesə kənar qüvvələrin müdaxilə şansları böyük ölçüdə bloklanlb.

Putin Rusiyanın "maska"sını yırtdı: Kreml Bakıdan "Qarabağdan çıx" mesajını artıq alıb


Rəsmi Bakının Xankəndi və ətraf bölgəyə yönəlik kommersiya xətləri ilə bağlı qərarı da konkret və prinsipialdır. Əvvəlcə Ağdam-Xankəndi yolundan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımları keçəcək. Yalnız bundan sonra Laçın yolu BQXK üçün açılacaq. Ancaq BQXK Laçın yolundan istifadə edərkən, Azərbaycanın sərhəd rejiminə və gömrük qanunlarına, yəni, bütün hüquqi prosedurlara mütləq riayət etməli olacaq. Və bu, rəsmi Bakının heç bir halda, dəyişməyəcəyi yekun qərardır.

İndi hətta Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni erməni separatçı-terrorçuların silahlı dəstələrinin ləğv edilməsi ilə bağlı yekun mərhələ də başlanmış kimi görünür. Hərbi cinayətkar Araik Arutyunyanın "istefa"sından sonra onun əvəzinə yeni terrorçubaşının "seçilməsinə" verilən beynəlxalq reaksiyalar da erməni separatçı-terrorçular üçün hər şeyin sona çatdığını qabarıq şəkildə göstərir. Belə ki, dünyanın heç bir dövlətindən və qurumundan dəstək ala bilmədilər. Beynəlxalq qurumlar və dünya dövlətləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağdakı qondarma "qurumu" yox sayır.

Təbii ki, erməni radikal-revanşist dairələr böyük ümidlərlə gözlərini məhz ABŞ-a dikmişdilər. Ağ Evin nəhayət ki, "artsax" xəyallarına yenidən meydan aça biləcəyini gözləyirdilər. Çünki ABŞ-da növbəti prezident seçkiləri yaxınlaşır. İndi erməni səsləri öz əhəmiyyətini artırıb. Hətta hakimiyyətə iddialı ABŞ-ın Respublikaçılar Partiyası fürsəti əldən buraxmayıb və erməni səslərini öz tərəfinə çəkmək üçün "artsax" nağılları icad edib. Ancaq bu, qətiyyən əhəmiyyət daşımır. Çünki ABŞ dövləti rəsmi mövqeyini açıqlayaraq, qondarma "seçkiləri" tanımadığını bəyan edib. Və bununla da "erməni ümidləri" növbəti dəfə dəfn olunub.

Təbii ki, bütün bunlar rəsmi İrəvanın da mövqeyinə birbaşa təsir göstərir. Son vaxtlar Fransanın sifarişi ilə hərbi təxribatlar törədən Ermənistan tədricən reallıqla barışmağa, öz həddini anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan da Azərbaycanın Xankəndi və ətraf bölgəsində qondarma "seçkilər"lə bağlı fərqli mövqe tutmağa cəsarət göstərməyib. O, bildirib ki, Araik Arutyunyanın əvəzinə "seçilmiş" şəxsi "təbrik etmək" üçün elə bir səbəb yoxdur: "O, "prezident_ deyil, Qarabağda yaşayan ermənilərin "rəhbər"idir".

Putin Rusiyanın "maska"sını yırtdı: Kreml Bakıdan "Qarabağdan çıx" mesajını artıq alıb


Göründüyü kimi, rəsmi İrəvan da "artsax" xəyallarının bitdiyini anlayır və reallıqla barışıb. İndi növbəti mərhələdə rəsmi İrəvanın Qarabağda olan erməni azlığına Ermənistan büdcəsindən ayrılan maliyyə vəsaitinin kəsilməsi qaçılmaz olacaq. Çünki rəsmi Bakı Ermənistana bu prosesi əvvəlki kimi davam etdirmək şansı tanımaq niyyətində deyil.

Eyni zamanda, ən yaxın vaxtlarda rəsmi İrəvanın Azərbaycan dövlətinin tələblərinə adekvat olaraq, Qarabağda qalan Ermənistan ordusunun tör-töküntülərini bölgədən çıxartmaq məcburiyyətində qalacağı da müşahidə ediləcək. Çünki bunun yeganə alternativi məhz Azərbaycan ordusu tərəfindən həmin qeyri-qanuni silahlı terror dəstələrinin məhv edilməsindən ibarətdir. Və bu proses artıq geriyə dönməz xarakter daşıyır.

Ancaq hələlik rəsmi Bakının Qaradağ regionu üzərində Azərbaycanın suveren hüquqlarının tam bərpa edə bilməsi qarşısında müəyyən süni problemlər də olmamış deyil. Üstəlik, bu problemlərin mütləq əksəriyyəti hazırda məhz Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə birbaşa bağlıdır. Çünki Ermənistandan fərqli olaraq, Kreml hələ də Qarabağın de-fakto da Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilmək üzrə olması ilə barışmaq istəmir. Və bu baxımdan, Rusiyanın qondarma "seçkilərə" hələ də münasibət bildirməməsi o qədər də təəccüblü deyil.

Putin Rusiyanın "maska"sını yırtdı: Kreml Bakıdan "Qarabağdan çıx" mesajını artıq alıb


Prezident Vladimir Putinin son açıqlamaları isə Rusiyanın riyakarlığını növbəti dəfə ifşa edir və Kremlin maskasını tamamilə yırtır. Belə ki, Kreml sahibi yenə də Paşinyan hakimiyyətini Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda suçlayır. Üstəlik, təəssüfləndiyini açıq şəkildə biruzə verərək, rəsmi İrəvanın bu addımının problemim həllində əsas komponent olduğunu xatırladıb: " Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Ermənistan Qarabağın "status"unu özü müəyyən edib".

Təbii ki, Kreml sahibi Rusiyanın "Qarabağ kartı"nı itirməsindən ciddi şəkildə narahatdır. Çünki indi Ermənistan hərbi-siyasi və hüquqi cəhətdən prosesdən kənarlaşdırılıb. Kreml məhz regional və beynəlxalq mövqeləri daha güclü, eləcə də Türkiyə kimi hərbi müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qalmasından qətiyyən məmnun deyil. Rusiyaya öz regional maraqlarını təmin etmək üçün Ermənistanın arxasından boylanmaq daha sərfəli idi.

İndisə, Kreml rus sülhməramlıların gələcək taleyini yalnız rəsmi Bakı ilə müzakirə etmək məcburiyyətində qalıb. Rəsmi Bakının Kremlə "rus sülhməramlılar çıxarılsın" tələbini irəli sürəcəyini Kreml artıq indidən bilir. Və bu tələbə müqavimət göstərmək üçün Rusiyanın real variantı isə demək olar ki, yoxdur.(musavat.com)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər