Putin: “Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayət sayılır”

Putin: “Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayət sayılır”


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun ölkəsində Qurani-Kərimin təhqir edilməsi həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayət sayılır.

Dövlət başçısı bəzi ölkələrdə Qurana hörmətsizliyin cinayət sayılmadığına diqqət çəkib.

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinə səfər edən dövlət başçısı buradakı tarixi məsciddə olub, müsəlmanlarla görüşüb.

Müsəlmanların Qurban bayramını qeyd edən Putinə Quran hədiyyə olunub.

"Quran müsəlmanlar üçün müqəddəsdir, başqaları üçün də müqəddəs olmalıdır. Bu, həm Konstitusiyaya, həm də Cinayət Məcəlləsinə görə cinayətdir. Biz bu qaydalara hər zaman əməl edəcəyik", - Putin hədiyyəyə görə təşəkkür edərək deyib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər