Xudayar Rəhimov: “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”

Xudayar Rəhimov: “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”



Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov - Bu gün Azərbaycan özünün yeni inkişaf mərhələsini yaşayır və dinamik inkişaf edir. İndi dünyada proseslər mənfi istiqamətdə gedir, ancaq buna baxmayaraq, son illər Azərbaycanın bütün bölgələrində yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Bütün bu tədbirlər vətəndaşların rahatlığının və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Dünya dövlətlərinin əksəriyyətində yaşanan iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Yaxşı haldır ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır.

Ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsil mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu Öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli Lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir.

Xudayar Rəhimov: “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”


Azərbaycan Prezidenti İlham Əliyev son günlər işğaldan azad olunmuş ərzilərimizə səfər edərək, həm bu yerlərdə gördüyü erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə bəyan edir, həm də xalqımıza bütün şəhər və kəndlərimizin bərpa olunacağı müjdəsini verir. Ölkə başçısı xüsusilə vurğulamışdı ki, bərpa işləri planlı şəkildə öz həllini tapmalıdır və Azərbaycanın işğaldan azad olunmuş əraziləri tamamilə bərpa ediləcəkdir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır. Bərpa proseslərinə işğaldan azad olunmuş bütün rayonlara avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu işlər sürətlə davam etdirilir.

Dövlətçilik tariximizdə mühüm rol oynayan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadıqdan sonra süquta uğradı və Azərbaycan SSRİ-nin tərkibinə daxil edildi. AXC-nin mövcudluğu dövründə milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım kimi 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılması olmuşdur.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra dayandırılan ordu quruculuğu prosesi yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra yenidən bərpa edildi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Xalqın müstəqillik arzusu, istəyi imperiya zəncirlərini qırıb parçaladı və 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi.

Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən Ordumuz cəbhədə bir neçə uğurlu əməliyyat həyata keçirdi, bir sıra yaşayış məntəqələrimizin düşməndən azad edilməsinə nail oldu.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

İlk öncə müxtəlif siyasi qüvvələrə aid olan əlahiddə taborlar ləğv edilərək vahid hərbi hissələrdə birləşdirildi. Baş Qərargahdan başlayaraq bütün hissə və birliklərdə ştat struktur dəyişiklikləri aparıldı. Ordunun təminat və təchizatında müsbət dəyişikliklər müşahidə olundu.

Azərbaycanda ordu quruculuğu istiqamətində atılan inqilabi addımlar 6 aydan sonra ilk bəhrəsini verdi. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ümummilli lider Heydər Əliyevin komandanlığı altında Silahlı Qüvvələrimizin müxtəlif qoşun növlərindən ibarət hərbi qruplaşması 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Horadiz əməliyyatını uğurla həyata keçirdi. Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmən işğalından azad etdi. Bu qələbə ordumuzda və xalqımızda qələbəyə qəti inam yaratdı. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə bir çox uğurlu xüsusi əməliyyatlar da həyata keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

Ulu öndər Heydər Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və xalqımızın birmənalı dəstəyi sayəsində böyük bir Qələbə əldə etdik. Ordumuz bu döyüşlərdə düşmənə öz gücünü göstərdi və nəticədə düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.

Atəşkəs imzalanandan dərhal sonra Ulu Öndər ordu quruculuğunda həm Türkiyə, həm də NATO ilə əməkdaşlığın inkişafına diqqəti artırdı. Atəşkəsdən cəmi 5 ay sonra Heydər Əliyev NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədini imzaladı. Ümumilli Liderin 1997-ci ildə imzaladığı fərman ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradıldı, 2002-ci ilin noyabrında NATO PA-nın qərarı ilə Azərbaycan Şimali Alyansın Assosiativ üzvü oldu, 2004-cü ilin martında isə NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. Türkiyə ilə hərbi, hətbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq sürətli inkişaf dövrünə qədəm qoydu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Xudayar Rəhimov: “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”

Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində işğal altında olan torpaqlarını azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da kapitulyasiya aktını imzalaması ilə başa çatdı.

Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.”

44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblərə nəzər salsaq, burada əsas faktor Azərbaycanda təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurları qeyd etməliyik. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirən əsas amillərdən biri də bu idi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz hazırda müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizama və yüksək döyüş hazırlığına malikdir. 44 günlük Vətən Müharibəsində düşməni sarsıdıcı zərbələri ilə darmadağın edən qalib Silahlı Qüvvələrimiz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır.
Xudayar Rəhimov: “Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər