Azərbaycan müharibə vaxtı Rusiyanı rədd edib Ermənistana şok yaşatdı – Paşinyan

Azərbaycan müharibə vaxtı Rusiyanı rədd edib Ermənistana şok yaşatdı – Paşinyan


“Təmas xəttinin hər iki tərəfində Rusiya hərbi müşahidəçilərinin yerləşdirilməsi imkanları nəzərdən keçirilsə də, Azərbaycan belə qərarlardan yayınıb”.

Bunu baş nazir Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında deyib.

“Oktyabrın 9-da xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar Moskvada başlayıb və 10-na keçən gecə başa çatıb. Bundan sonra tərəflərin razılığa gəldiyi açıqlanan bəyanat qəbul edildi:

10 oktyabr saat 12:00-dan humanitar atəşkəs;
Atəşkəs parametrləri daha sonra dəqiqləşdiriləcək;
Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə fundamental prinsiplərə əsaslanan nizamlanma, sülh yolu ilə nizamlanmaya tezliklə nail olmaq üçün substantiv danışıqlara başlayır;

Tərəflər danışıqlar formatının dəyişməzliyini müəyyənləşdirirlər.

Bu, bizim üçün məqbul idi və mən Müdafiə Nazirliyinə və Baş Qərargaha atəşkəs rejiminin saxlanması barədə göstəriş verdim. Lakin kiçik fasilələrdən sonra Azərbaycan hücumlarını artırdı, hücumlar artıq keçmiş “dqr” ərazisinə çevrildi, Stepanakertə (Xankəndi), Martakertə (Ağdərə) raket zərbələri endirdi, Hadruta hücum etdi. Təbii ki, qoşunlara bunu dayandırmaq üçün hər şeyi etmək əmri verildi. Amma eyni zamanda Moskva razılaşmalarına uyğun olaraq atəşkəsin yaradılması və saxlanması üçün diplomatik səylər göstərildi”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər