Ağstafa rayonunda silsilə tədbirlər davam edir

Ağstafa rayonunda silsilə tədbirlər davam edir


Soyuqbulaq qəsəbəsində əsaslı təmir olunan çoxmənzilli yaşayış binasında işlər yekunlaşmaq üzrədir

Ağstafa rayonunda silsilə tədbirlər davam edir


Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda çoxmənzilli yaşayış binalarının təmir-bərpası və yenidən qurulması təbirləri çərçivəsində Soyuqbulaq qəsəbəsində yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə binada həyata keçirilən yenidənqurma işlərini növbəti dəfə yerində nəzərdən keçirib. Təmir-tikinti işlərinə dair sakinlərinin təklif və müraciətləri qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Əsaslı təmir işləri çərçivəsində binanın dam örtüyü yenidən qurulub, hər iki giriş bloku əsaslı təmir edilib. Binada mövcud taxta pəncərə blokları müasir tipli plastik pəncərə blokları ilə əvəz edilib. Eyni zamanda binanın fasad hissəsində suvaq işləri aparılaraq rəngləninbdir. Binanın perimetri boyunca sel-səkiləri quraşdırılıbdır. Bina sakinləri Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirlərinə, o cümlədən onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir


Ağstafa Dəmiryol Vağzalı Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarla sərnişin daşımaları üçün hazır vəziyyətdədir

Ağstafa rayonunda silsilə tədbirlər davam edir


Xəbər verildiyi kimi ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq martın 18-dən etibarən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə olaraq sürətli qatarla sərnişin daşımaları həyata keçirləcəkdir. Bu əlamətdar hadisə ilə əlaqədar respublikamızın ən böyük dəmiryol vağzallarından olan Ağstafa Dəmiryol Vağzalı və ətrafda müvafiq abadlıq-quruculuq işləri həyata keçirilir.

Müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzil başına çatacaq.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.

Uzunluğu 459 kilometr olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Ağstafa rayon sakinləri ölkəmizin nəqliyyat infrastrukturunun ən yüksək səviyyə çatması və bu sahədə də dövlətimizin vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğısına görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Ağstafa rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər