Boltondan etiraf: NATO parçalanmış vəziyyətdədir

Boltondan etiraf: NATO parçalanmış vəziyyətdədir


ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Almaniyanı Ukraynadakı müharibə zamanı “inanılmaz məyusedici” performansına görə tənqid edib.

Bolton CNN-in “This Morning” proqramında çıxışı zamanı Almaniyanın mövqeyini kəskin tənqid edib.

“Düşünürəm ki, Almaniyanın bu müharibə boyu göstərdiyi performans inanılmaz dərəcədə məyusedici haldır”, - Bolton qeyd edib.

Polşa Kiyevə Almaniya istehsalı olan “Leopard” tanklarının tədarükündə israrlıdır, lakin silah istehsalçısı kimi Berlindən təkrar ixrac üçün razılıq almalıdır.

Berlinin yaşıl işıq yandırmaqda tərəddüd etməsi, Almaniyanın müdafiə siyasətində “fundamental dəyişikliklərə” ehtiyac olduğunu göstərir.

“NATO bəzi siyasi liderlərin göstərmək istədiyindən daha çox parçalanmış vəziyyətdədir”, - qeyd edən Bolton əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin çox güman Almaniyanı “müttəfiqlikdə zəif nöqtə” kimi görür.

Bolton hesab edir ki, əgər Almaniyanın Rusiyanın gözlənilən hücumu ilə bağlı uzun müddətdir davam edən şayiələrə cavab vermək imkanı yoxdursa, bu, Ukrayna və Qərb üçün çox pis hadisədir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər