Qazsız qalan Almaniyadan Rusiya siyasətində geri dönüş

Qazsız qalan Almaniyadan Rusiya siyasətində geri dönüş


Ukraynada apardığı müharibədən sonra Rusiyaya sanksiya tətbiq edən Almaniya bu ölkəyə qarşı siyasətində geri addım atıb.

Xarici KİV xəbər verir ki, mövcud enerji böhranından ən çox zərər çəkən ölkələrdən olan Almaniya təbii qazla bağlı gözlənilməz açıqlama verib.
Saksoniya vilayətinin baş naziri “Bild am Sonntag” qəzetinə danışan Mixael Kretçmer bildirib ki, Ukrayna müharibəsindən sonra Rusiyadan Təbii Qaz nəqlinə yenidən başlanmalıdır:

“Müharibə bitəndə Rusiyadan gələn qazdan istifadə etməliyik”, - o deyib.

Kretçmerin sözləri Rusiyaya çağırış və Almaniyanın Rusiya siyasətində geri dönüş kimi şərh edilib.

Rusiyaya qarşı sanksiyaların Almaniya iqtisadiyyatına təsirinin də açıq şəkildə müzakirə edilməsi lazım olduğunu qeyd edən Kretçmer hazırda bu sahədə “sunami baş verdiyini” deyib.

Qeyd edək ki, Almaniyanın enerji bazarını tənzimləyən Bundesnetzagentur (BNetzA) agentliyinin sədri Klaus Müller bəyan edib ki, Rusiya qaz təchizatını tamamilə kəsərsə, ölkədəki qaz anbarları maksimum 2,5 ay ərzində tələbatı ödəyə bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər