NATO: “Bu, Rusiyaya açıq siqnaldır, Türkiyə üçün çalışırıq ki...”

NATO: “Bu, Rusiyaya açıq siqnaldır, Türkiyə üçün çalışırıq ki...”


“Türkiyə Avropa, Rusiya, İraq və Suriya arasında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir. NATO ölkələri, İsveç, Finlandiya və Aİ PKK-nı terror qruplaşması kimi təsnif edir”.

“Bunu NATO baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” müsahibəsində deyib.

Baş katib əlavə edib ki, heç bir NATO ölkəsi Türkiyə qədər terrordan əziyyət çəkməyib.

“Buna görə də NATO Türkiyənin narahatlığını çox ciddi qəbul edir və bu vəziyyəti həll etmək üçün əlindən gələni edir”.

Finlandiya və İsveçin NATO-ya üzvlük məsləsində gəldikdə Stoltenberq deyib ki, bu ölkələrin NATO-ya üzv olmaq istəkləri tarixi məqamdır.

“Avropa İttifaqına qoşulmaq təkcə Finlandiya və İsveçi deyil, hamımızı gücləndirəcək”- o qeyd edib.

Ukrayna ətrafındakı vəziyyətlə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, NATO Ukraynaya dəstəyini davam etdirəcək, lakin münaqişənin bir hissəsi olmayacaq.

“Biz ölkəyə kömək edirik, lakin NATO əsgərlərini Ukraynaya göndərməyəcəyik. Biz NATO komandanlığı altında 40 min əsgərlə öz müdafiəmizi gücləndirmişik. Biz quruda, dənizdə və havada alyansın ərazisinin təhlükəsizliyini təmin edirik. Bu, Moskvaya açıq siqnaldır ki, bizim müdafiə hazırlığımızla bağlı anlaşılmazlıq olmasın”, - o vurğulayıb.

O eyni zamanda bildirib ki, Ukraynadakı vəziyyətin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq: “Biz Ukraynaya dəstəyi zəiflətməməliyik. Xərclər yüksək olsa belə, təkcə hərbi dəstək yox, həm də enerji və ərzaq qiymətlərinin artması səbəbindən bu dəstək davam etməlidir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər