Nazim Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Nazim Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nazim Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovdur.

Nazım Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Əhmədov elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1986 -ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində əvvəl sahə həkimi, terapiya şöbəsində həkim, sonralar şöbə müdiri kimi fəaliyyət göstərib.

1986-cı ildən 1992-ci ilə qədər Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim terapevt, 1992-ci ildən 2006-ci ilə kimi həmin şöbənin müdiri kimi çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür


Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Nazim Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Nazim Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Nazim Əhmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Nazim Əhmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nazim Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nazim Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Nazim Əhmədov özünü doğruldub. Bizdə hörmətli Nazim Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər