Yavər Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Yavər Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


Sumqayıt sözün həqiqi mənasında bu gün inkişafının yüksək mərhələsini yaşayır. Hələ sovet dövründə sənaye şəhəri statusunu alan Sumqayıt hazırda bu şərəfli adı daha layiqincə daşıyır. Eləcə də bu gün şəhərin elə küçəsi, məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın. Bunu bir il əvvəl şəhəri tərk edən və yenidən qayıdan insanlar daha yaxşı hiss edirlər.

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqət yetirilir. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyevdir.

Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yavər Vəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Yavər Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər