Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan Üzeyir İsmayılov

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan Üzeyir İsmayılov


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Üzeyir İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Üzeyir İsmayılovdur.

İş adamı Üzeyir İsmayılov - Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Qırx dörd günlük qürur dolu Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət"in birliyi dünyaya nümayiş etdirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan Üzeyir İsmayılov


Qardaş ölkədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ iki dövləti yenə də yumuruq kimi birləşdirdi. Ölkələrimiz yenə də bütün dünyaya örnək davranışlar sərgilədilər. Belə ki, böyük ərazini əhatə edən dağıntılara, 10 minlərlə insan tələfatına səbəb olan zəlzələ Türkiyə ilə bərabər Azərbaycana da eyni acını yaşatdı. Həm dövlət səviyyəsində, həm də xalq olaraq hamı qardaş dövlət üçün eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi bir yumruq tək birləşdi. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” şüarı tarixi həqiqəti yenə də öz təsdiqini tapdı.

Zəlzələdən dərhal sonra dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, xilasedici heyət qardaş ölkəyə göndərildi və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladılar. Bundan sonra da Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupları qardaş ölkəyə yola salındı. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə bir neçə təyyarə Türkiyədə zəlzələ baş verən ərazilərə tibbi ləvazimatlar, isti geyimlər və çadırlar çatdırdı.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan Üzeyir İsmayılov


Qürurverici haldır ki, Azərbaycan xalqının dəstəyi təkcə dövlət səviyyəsində deyil, əhali arasında da qardaş dövlətə sevgini, diqqəti ən yüksək şəkildə göstərdi. Müxtəlif vəzifə mənsubları, hansı sosial statusa malik olmasına baxmayaraq hər kəs bütün imkanlarını səfərbər edərək Türkiyə xalqının yanında olduğunu açıq şəkildə nümayiş etdirirlər. Belə ki, ölkəmizin bütün bölgələrində Türkiyəyə yardımlar toplanır, hər kəs bacardığı qədər öz köməyini göstərir. Eyni zamanda, bu faciənin fəsadlarının aradan qaldırılması ilə bağlı istər dövlət qurumları, istər könüllü təşkilatları, istərsə də özəl təşkilatlar var gücləri çalışırlar. Bu da tarixin sınaqlarından çıxan, illər keçdikcə daha da möhkəmlənən bağlılığın, birliyin, həmrəyliyin, qardaşlığın əməldə göstəricisidir. Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya sübut edir ki, onlar hər zaman bir yerədirlər. Xalqımız hər zaman olduğu kimi, bu mühüm məqamda da türkiyəli qardaşları ilə həmrəy olduğunu nümayiş etdirdi..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər