Mahir Mirzəyev: Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır

Mahir Mirzəyev: Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mahir Mirzəyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mahir Mirzəyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyev - Sovet İttifaqının süqutu ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdən getməsindən sonra erməni separatçılar məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin. Qismən də olsa, buna nail ola bildilər. Həmin dövr ərzində Ermənistan və qondarma separatçı rejimin nümayəndələri mütəmadi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdilər. Azərbaycanın ərazilərini uzun illər işğal altında saxlayan Ermənistanın güzəştsiz və qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin dinc yolla siyasi nizamlanmasına nail olunmadı. Prezident dəfələrlə çalışdı ki, məsələ sülh yolu ilə həllini tapsın. Amma Qarabağı Ermənistanın bir hissəsi elan edən Baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyərək münaqişənin sülh yolu ilə həlli üçün bütün beynəlxalq səyləri boşa çıxardı.

Mahir Mirzəyev: Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır


Ardıcıl təxribatlar, xüsusən də 2020-ci ilin iyulunda Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə baş verən toqquşmalar bölgədəki bütün sülh səylərinə zərbə vurdu. Sonradan Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlar törətdi. Elə həmin gün Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı hərbi əks-hücuma keçdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. 30 il ərzində əldə etmək istədiklərinin heç birinə nail olmayan Ermənistana müzəffər ordumuz öz layiqli yerini göstərdi. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının nə qədər yüksək, həmçinin maddi-texniki bazasının nə qədər güclü olduğunu göstərdi. Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 19 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Və bu işlər daim dövlətimizin başçısının birbaşa nəzarətində saxlanılıb. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır.

Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər 44 günlük Vətən müharibəsində bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur. Azərbaycan xalqının daha böyük uğurları hələ qarşıdadır. Həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük uğurlara imza atacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər