İstanbulda terror törədən qadının yazışmaları üzə çıxdı

İstanbulda terror törədən qadının yazışmaları üzə çıxdı


İstiqlal küçəsində partlayış törədən qadın terrorçu Əhlam Əlbəşirlə bağlı daha bir detal məlum olub.

“Star” qəzeti xəbər verir ki, partlayışdan sonra Əmmar Cakrasla Əhləm Əlbəşir arasında votsap yzışması olub. Cakras həmçinin Əlbəşirə səs yazısı göndərərək ondan paltarlarını dəyişdirməsini istəyib.

Şübhəli Əmmar Cakrasın partlayışdan sonra paltarını dəyişmək üçün səs yazısı etdiyi öyrənilib.
Hakim şübhəlilərə qarşı irəli sürülən cinayətin yuxarı həddini, qaçmalarını, dəlilləri qaraltmaq şübhələrini, cinayətin ağırlığını və əhəmiyyətini nəzərə alaraq, onların azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, ötən bazar günü Taksim meydanı İstiqlal küçəsində suriyalı terrorçu Əhlam Əlbəşirin terakt törətməsi nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Hadisədən sonra Əlbəşir də daxil olmaqla 51 nəfər saxlanılıb. Prokurorluqda aparılan dindirmələrdən sonra Əhlam Əlbəşir də daxil olmaqla 17 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər