İstanbul terrorunu törədən qadının geyimindəki kodlar - İNANILMAZ...

İstanbul terrorunu törədən qadının geyimindəki kodlar - İNANILMAZ...


Türkiyənin Taksim bölgəsi, İstiklal prospektində bombalı terror aktı törədən şəxsin polislər tərəfindən yaxalandığı zaman əynində olan sviteri sosial şəbəkələrdə müzakirə olunub.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu geyimin üzərində yazılmış “Nyu York” sözlərinə diqqıt çəkib.

Vyana Universiteti, Siyasi Elmlər İnstitutunda PhD dərəcəsinə namizəd Aytən Əliyeva "mətn və vizual keyfiyyət yanaşması" analizi ilə geyimin üzərindki digər detalların mənasını açıqlayıb:

“Terrorçunun köynəyində “New York” sözü böyük hərflərlə yazılıb, içində “New York University” loqosu var. Loqoda “perstare et praestare” (to persevere and to excel) “səbir etmək və üstün olmaq” və öyrənmə məşəlinə doğru qaçan dörd insan fiquru var. Universitetin rəsmi loqosunun rəngi bənövşəyi rəngdir. Deyilənə görə, univesitetin hazırkı əsas binası olan yerdə bənövşə çiçəyi bitirmiş, həmçinin bənövşə qədim zamanlarda elmin mərkəzi hesab olunan Afinanın (Yunanıstan) milli gülü qəbul olunduğu üçün rəsmi rəng olaraq qəbul edilib. Köynəkdə rum rəqəmləri ilə MDCCCXXXI (= 1831) yazısı da var. 1831-ci ildə Nyu York Universiteti yaranıb, eyni ildə Misir-Osmanlı arasında müharibə başlayıb, Suriya müvəqqəti olaraq Misir tərəfindən işğal edilib. Terrorçunun köynəyi bənövşəyi rəngdir və suriyalıdır.

Türkiyə rəsmiləri terror aktı ilə bağlı rəsmi açıqlamada ABŞ səfirliyinin başsağlığı mesajının qəbul edilmədiyini və terrorçu həbs olunmasa, Yunanıstana qaçırılacağını vurğulayıb. Türkiyə Suriyada hərbi əməliyyatlar etməyi planlaşdırır. “Səbir edin, üstün olacaqsınız” mesajının sahibiləri kimdir? Təsadüf və ya planlı…”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Terror aktını törədən şəxs PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

İstanbul terrorunu törədən qadının geyimindəki kodlar - İNANILMAZ...İstanbul terrorunu törədən qadının geyimindəki kodlar - İNANILMAZ...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər