Xəzər rayonunda silsilə tədbirlər davam edir

Xəzər rayonunda silsilə tədbirlər davam edir


Xəzər rayonunda Vətən Müharibəsi Şəhidlərinin anım mərasimləri qeyd olunub

Xəzər rayonunda silsilə tədbirlər davam edir


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov və Rayon İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən Müharibəsinin ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər.

Türkan qəsəbəsindən şəhid Şiriyev Rəşad Rasim oğlunun, Şağan qəsəbəsindən şəhid Məmmədbəyli Natiq Vahid oğlunun, Mərdəkan qəsəbəsindən şəhid Yusifov Ağaəli Vaqif oğlunun, Buzovna qəsəbəsindən şəhid İsmayılzadə Vüsal Albəndə oğlunun, Binə qəsəbəsindən şəhid Quluzadə Qurbanəli Elşad oğlu, Zirə qəsəbəsindən şəhid Qədirov Emin Asif oğlu, Novruzov Şəhnin Şahlar oğlunun, Əliməmmədov Elçin Mehman oğlu, Şüvəlan qəsəbəsindən şəhid Hacıyev Kamran Füzuli oğlunun ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.

Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.

Xəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edir
Xəzər rayonunda silsilə tədbirlər davam edir


Vətən Müharibəsi Şəhidi Qasımov Ramiz Vaqif oğlunun ildönümü mərasimi keçirilib

Xəzər rayonunda silsilə tədbirlər davam edir


II Şəhidlər Xiyabanında keçirilən mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Qeyd edək ki, Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1992-ci ildə bitirmişdir. 80-cı illərin sonu, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. 1992-ci ildə, müharibənin yeni alovlandığı dövrdə Ramiz Qasımov Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olmuş və 1997-ci ildə oranı bitirmişdir.
2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 22 Oktyabr tarixində şəhid olmuş, II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il və 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Qasımov Ramiz Vaqif oğluna ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edir
Xəzər rayonunda silsilə tədbirlər davam edir


Xəzər rayonun Buzovna-Mərdəkan avtomobil yolunda yeni velosiped yolları və piyada səkiləri salınır

Xəzər rayonunda silsilə tədbirlər davam edir


Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir.

Əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində Xəzər rayonun Buzovna-Mərdəkan avtomobil yolunda da Bakı Abadlıq MMC tərəfindən yeni velosiped yolları və piyada səkiləri salınır. Hazırda bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

Xəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edir
Xəzər rayonunda silsilə tədbirlər davam edir


Buzovna qəsəbəsinin Cəfər Cabbarlı küçəsində təmir işlərinə başlanılıb

Xəzər rayonunda silsilə tədbirlər davam edir


Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Həyata keçirilən tədbirlər çərçivəsində rayonun Buzovna qəsəbəsi Cəfər Cabbarlı küçəsində təmir işlərinə başlanılıb.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu torpaq qatı frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılıb.
Hazırda ərazidə yeni yol əsasının inşası və yeni asfalt örtüyünün döşənməsi üçün əsaslı işlər icra olunur.
Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində yollarda təmir işləri aparılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edirXəzər rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər