Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib

Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib


Oktyabrın 2-də daşkəsənli Vətən Müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun Alunitdağ qəsəbəsində və əsgər Quliyev Elvin Amil oğlunun Əhmədli kəndində keçirilmiş anım tədbirlərində Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid ailələri, qazilər, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimlərində çıxış edən Daşkəsən rayon İcra hakimiyyəti başçının müavini Namiq Süleymanov və Millət vəkili Kamran Bayramov şəhid Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və döyüş yolundan söhbət açıb, ailə üzvlərinə başsağlığı verib, xalqımızın şəhidlərimizlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarına Allahdan rəhmət diləyiblər. Bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaqdır.
Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi və şəhid valideynlərinin təşəbbüsü ilə şəhidlərin xatirəsinə tikilmiş bulaq komplekslərinin açılışı olub.
Şəhid Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Alıyeva, şəhid Elvin Quliyevin atası Amil Quliyev, anası Elnarə Quliyeva ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilibDaşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilibDaşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Alunitdağ qəsəbəsində və Əhmədli kəndində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər