Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır



Hal-hazırda Salyan Pivə Zavodu Azərbaycanda keyfiyyətli pivə istehsalçısıdır və ən yeni avadanlıqlarla təchiz olunmuş, 21-ci əsrin müasir zavoduna çevrilə bilib. Amma bu mərhələyə qədər Salyan Pivə Zavodu uzun yol keçməli olub və buna görə də zəngin tarixə malikdir.

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır. Fəaliyyət müddəti ərzində zavod böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdur ki, bu da bu gün rəhbərliyi daha böyük inkişafa və yüksək keyfiyyətli, dünya standartlarına cavab verən pivə istehsal etməyə ruhlandırır. Salyan Pivə Zavodu 1966 - cı ildə fəaliyyətə başlamış və uzun və çətin təşəkkül yolu keçmiş, 2016-cı ildə zavodun yenidən qurulmasından və yeni müasir avadanlıqların alınmasından sonra pivə istehsalını yeni zövqlə və ən yaxşı keyfiyyətlə davam etdirmişdir. Bu gün Salyan Pivə Zavodunun bir çox ölkələrdə tərəfdaşları var, bu siyahıya həmçinin Belçika, Çexiya, Ukrayna, Almaniya, İtaliya, Baltikyanı ölkələr və başqaları daxildir. Yüksək keyfiyyətli pivə bişirmək üçün biz xaricdən aldığımız ən keyfiyyətli inqrediyentlərdən istifadə edirik. Zavodumuzda hər hansı bir kimyəvi qatqı olmadan istənilən növ pivə hazırlanır. Bizdə pivə istehsalı ilə həm də alman və İtalyan mütəxəssislərinin yanında təlim keçmiş yüksəkixtisaslı kadrlar məşğul olur.

Zavod 1966-cı ildə “Azərittifaq”-ın daxilində postsovet dövründə yaradılıb. Holdinqin daxilində bütün istehsal olunan məhsulların satıldığı mağazalar şəbəkəsi var idi. Zavodun ilk adı Salyan Pivə və Alkoqolsuz İçki Zavodu idi. Zavodun əsas fəaliyyəti müxtəlif növ pivə və limonadların istehsalından ibarət idi. Azərbaycanda cəmi 4 belə zavod var idi.

Zavod 1989-cu ildən Akif Məmmədyarovun rəhbərliyi ilə fəaliyyətini davam etdirimişdir. Bu zavodun təşəkkülündə və inkişafında Akif Məmmədyarov böyük rol oynamışdır. İstefa verəndən sonra ona yaxşı işçi kimi zavoda rəhbərlik etməyi təklif etdilər və o, o vaxt hələ çox kiçik olan və mövsümi fəaliyyət göstərən zavodu seçdi. Akif Məmmədyarov zavoda rəhbərlik edəndən sonra nizam-intizam yaradıldı, mərkəzdən yeni avadanlıqlar alındı. O, istehsal olunan məhsulun keyfiyyətini və satışını artırmağa müvəffəq oldu.

1991-ci ildə SSRİ dağılandan sonra zavod ağır günlər yaşamağa başladı. Bu inqrediyentlərin Moskvadan göndərilməsi ilə bağlı idi. Zavod az qala müflisləşmənin astanasında idi. Lakin bütün sənayeni dirçəldərək yerli sahibkarlar üçün yeni sərhədlər açan ümummilli liderimiz Heydər Əliyev gələndən sonra zavod fəaliyyətini davam etdirdi və yeni tərəfdaşlar əldə etməyə nail oldu.

2008-ci ildən zavoda Akif Məmmədyarovun oğlu Elmar Məmmədyarov rəhbərlik etməyə başlayıb. Elmar Məmmədyarov bu gün də zavodun direktorudur. Onun rəhbərliyi altında zavod yeni fəaliyyət dövrünə qədəm qoyub. Elmar Məmmədyarov zavodun yenidən qurulmasını həyata keçirib. Bu gün onun rəhbərliyi altında xaricdən gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunmuş müasir zavod fəaliyyət göstərir. Yeni zavod 2016-cı ilin yanvar ayından fəaliyyətə başlayıb.

Elmar Məmmədyarov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Elmar Məmmədyarov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Elmar Məmmədyarov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Salyan Pivə Zavodu Belçika, Çexiya, Almaniya və digər ölkələrdən gətirilmiş ən yaxşı inqrediyentlərdən yüksək keyfiyyətli pivə istehsal edir. Bizim pivə ən innovativ metodlarla hazırlanır. 2016-cı ildə yenidən qurulduqdan sonra zavoda Almaniya, İtaliya və Baltikyanı ölkələrdən pivə istehsalı üçün ən yeni avadanlıqlar gətirilmişdir. Əməkdaşlarımızın təlim keçməsi üçün alman və italyan firmaları ilə ikiillik müqavilə bağlanmışdır. Bunun nəticəsi olaraq, peşəkar kollektivimiz indi öz işinə daha böyük sevgi ilə yanaşır. Keyfiyyət, dad və peşəkarlıq bizim həmişə riayət etdiyimiz əsas iş prinsipimizdir. Amma biz inkişaf etməkdə davam edirik və müştərilərimizin həmişə bizi seçməsi üçün qarşımıza yeni məqsədlər qoyuruq!

Zavodumuz pivə istehsalında ən son texnologiyalardan istifadə edir. Xammal, zavodumuza onun məhz harada ən yaxşı şəkildə yetişdirilməsindən asılı olaraq daxil olur. Məsələn:
- Çürüdülmüş buğda Belçika, Çexiya, Ukraynadan
- Mayaotu Almaniyadan gətirilir.
Əlbəttə ki, zavoda Almaniyadan və Baltikyanı ölkələrdən gətirilmiş müasir avadanlıqlarımızı da xüsusilə vurğulamaq lazımdır. Bu avadanlıqlar bütün dünya standartlarına uyğundur və yerinə yetirilən işin keyfiyyətini və məhsuldarlığını artırır.
Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdırSalyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdırSalyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdırSalyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdırSalyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər