Məmməd Tağıyev: Meşələr milli sərvətimizdir, onları qoruyaq!

Məmməd Tağıyev: Meşələr milli sərvətimizdir, onları qoruyaq!


Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyev - Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür. Meşələr təbiətin ayrılmaz hissəsi olub, təbii tarazlığın qorunmasında bir çox funksiyaları yerinə yetirir. Meşələr, bir növ, təbiətin tənzimləyicisidir və başqa heç bir nəsnə onu bu rolda əvəz edə bilməz.

Bu gün nazirlik tərəfindən ölkə boyu aparılan yaşıllaşdırma siyasəti uğurla davam etdirilir. Son illər bir sıra bölgələrdə yanacağın olmaması səbəbindən baş verən qanunsuz meşə qırıntıları ilə mübarizədə ciddi uğurlara imza atmış nazirlik yaşıllıqlar diyarı Azərbaycanı cənnətməkana çevirmək məqsədindən bir an da geri çəkilməyərək bu yolda böyük çaba sərf edir.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyevdir.

Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Məmməd Tağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Tovuz Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Məmməd Tağıyevin adı, Tovuz ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər