Aydın Məmmədov: İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir

Aydın Məmmədov: İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir













Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Heydər Əliyev


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə rayonunun Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Aydın Məmmədovdur.

Bərdə rayonunun Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Aydın Məmmədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Bərdə rayonunun Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Aydın Məmmədovun adı, Bərdə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Bərdə rayonunun Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Aydın Məmmədov - Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür. Meşələr təbiətin ayrılmaz hissəsi olub, təbii tarazlığın qorunmasında bir çox funksiyaları yerinə yetirir. Meşələr, bir növ, təbiətin tənzimləyicisidir və başqa heç bir nəsnə onu bu rolda əvəz edə bilməz.

Bu gün nazirlik tərəfindən ölkə boyu aparılan yaşıllaşdırma siyasəti uğurla davam etdirilir. Son illər bir sıra bölgələrdə yanacağın olmaması səbəbindən baş verən qanunsuz meşə qırıntıları ilə mübarizədə ciddi uğurlara imza atmış nazirlik yaşıllıqlar diyarı Azərbaycanı cənnətməkana çevirmək məqsədindən bir an da geri çəkilməyərək bu yolda böyük çaba sərf edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər