Putinin yeni saatının GİZLİNLƏRİ: ikibaşlı qartal, baş hərf...

Putinin yeni saatının GİZLİNLƏRİ: ikibaşlı qartal, baş hərf...


Rusiya prezidenti Vladimir Putinin əlində dəfələrlə görünən "İmperator Peterhof" fabrikinin saatları xüsusi sifarişlə hazırlanıb,

Bu barədə "RİA Novosti"nin Kreml daxilində olan müxbirləri sosial mediada məlumat sızdırıblar.

“Raketa” saat fabrikinin reklam və marketinq şöbəsinin rəhbəri Antonina Skurydina jurnalistlərə bildirib ki, hər bir məhsul sifarişlə hazırlanır:

"Müştəri daşın növünü, korpusun hazırlandığı qızılın rəngini seçir: ağ, sarı, çəhrayı, kəmərin rəngi. İkibaşlı qartal şəklini, rotorda gələcək sahibinin istəyi ilə adının baş hərflərini, gerb şəklini qoya bilərsiniz".

Bundan əvvəl rəsmi tədbirlər zamanı dövlət başçısının əlində yeni saatı mətbuatın diqqətini çəkmişdi.

Müxbirlərin fotolarında məlum olub ki, bu saatlarda Putin “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda iştirak edib, Tehrana səfər edib, Dövlət Dumasının deputatları və fraksiya liderləri, həmçinin “Rusiya liderləri” müsabiqəsinin finalçıları ilə görüşüb.(Publika.az)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər