İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi

İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi


Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edərkən azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyinə ümid bəslədiyini deyib.
Oxu.az bildirir ki, Putin həmçinin qeyd edib:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”.
Bundan əlavə, Mehriban Əliyeva Putinə İlham Əliyevin salamlarını yetirərək əlavə edib.

“Azərbaycan Respublikası Prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər