Putinin yenidən prezident seçildikdən sonra ilk — RƏSMİ SƏFƏRİ

Putinin yenidən prezident seçildikdən sonra ilk — RƏSMİ SƏFƏRİ














Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Avstriyaya rəsmi səfərə gedib.
” Rusiya mətbuatı xəbər verir ki, bu, Putinin yenidən prezident seçildikdən sonrakı ilk işgüzar səfəridir.

Putin Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenlə görüşüb.
Avstriya Prezidentinin iqamətgahının yerləşdiyi Hofburq sarayında prezidentlərin təkbətək görüşündən sonra mətbuat konfransı keçirilib. Konfransada Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, Avstriya və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsi yüksək qiymətləndirilib. Rusiya Prezidenti qeyd edib ki, sanksiyalar hamı üçün zərərlidir: “Biz hamımız sanksiyaların aradan qaldırılmasında maraqlıyıq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər