Gürcüstandan Ukrayna əleyhinə bəyanat: “Tələb edirik…”

Gürcüstandan Ukrayna əleyhinə bəyanat: “Tələb edirik…”


Kiminsə Avropa İttifaqına (Aİ) namizəd statusu almaq hüququ varsa, bu, Gürcüstandır, daha sonra isə Ukrayna və Moldovadır.

“Georgia-online” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

“Ukraynanın müharibə vəziyyətində olduğunu əsas gətirib və bu namizədlik statusunu da müharibə müəyyən edirsə, o zaman mən üzr istəyirəm, dostlar, biz müharibə istəmirik, layiqli status tələb edirik” -Qaribaşvili hökumətin iclasında bildirib.

O daha sonra deyib ki, biz gürcü xalqının demokratiya quruculuğu uğrunda 30 illik mübarizəsi və son 9 ildə həyata keçirdiyi islahatlar nəticəsində qazandığı layiqli statusu tələb edirik: “Biz ancaq bunu xahiş edirik. Mən bunu açıq şəkildə Davosda da, Bratislavada da, Brüsseldə də dedim. Biz xüsusi və layiq olmayan bir şey istəmirik, biz layiqli status istəyirik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər