Gürcüstan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfərə gəlir.

Report xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyası məlumat yayıb.

Birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. Hər iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutacaq toplantıdan sonra əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.

İ.Qaribaşvili həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra dövlət başçısı ilə işçi nahar olacaq.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri David Zalkaliani, iqtsiadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər