Göygöl Rayon sakinləri öz sağlamlıqlarını Vasif həkimə etibar edir

Göygöl Rayon sakinləri öz sağlamlıqlarını Vasif həkimə etibar edir



Azərbaycanda səhiyyə sisteminin inkişafı hökumətin prioritet sahələrindəndir. Dövlət başçısı cənab İlham Əliyevin bu sahənin inkişaf ilə bağlı imzaladığı sərəncam və fərmanlar Azərbaycan tibbinin inkişafında mühüm rol oynayır. Eyni zamanda Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan son zamanlar bütün dünyanın mücadilə apardığı COVİD -19 pandemiyasından üzüağ çıxdı. Statistik məlumatlara əsasən zamaında görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu virusdan ölüm hallarının ən az olduğu ölkələr arasında Azərbaycan ön sırada gəlir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vasif Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyevdir.

Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev bu müəssisəyə rəhbərlik edəndən sonra ciddi dəyişiklər baş verib. Bunu bizə rayon sakinləri deyir. Sakinlərin sözlərinə görə, Vasif həkim həm tibbi xidmətin yaxşılaşdırılması, həm peşəkar kadrların təcrübələrindən yararlanması həm də müəssisəsinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində atdığı addımlar nəticəsində ciddi uğurlar əldə olunub. Bir müddət xəstəlik səbəbindən Bakıya, yaxın Gəncəyə üz tutan Göygöl rayon sakinləri artıq rayonun özündə müalicə və müayinə olunurlar. Həkimlərə etibar edirlər.

Günümüzün əsas müzakirə mövzusu olan korrupsiya və rüşvətxorluqla mübarizə istiqamətində Vasif həkimin həyata keçirdiyi işlər təqdir olunur. Belə ki, İcbari Tibbi Sığorta sistemi tətbiq olunduqdan sonra xəstəxanada çalışan bütün tibb işçilərinin maaşlarına İTS əlavələrin, həkimlərə bonusların verilməsi sayəsində xəstələrdən pul alınmasının qarşısı alınmışdır. Eyni zamanda xəstəxanada yeni yaranan statlarda işlə təmin olunma məsələsində şəhid və qazi ailələrinə xüsusi diqqət yetirilir.

Göygöl Rayon sakinləri öz sağlamlıqlarını Vasif həkimə etibar edir


44 günlük vətən müharibəsi zamanı sağlamlıq imkanlarının itirən şəxslərin müalicəsi, onlara və yaxınlarına psixoloji dəstəyin verilməsi məsələsinə xüsusi diqqət yetirən Vaisf həkim bu prosesin davamlılığını qorumaq məqsədi ilə öz imkanları hesabına prosesə əlavə həkim personalının cəlbini təmin edib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər