Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Pirallahı rayonunda növbəti səyyar qəbul keçirililib

Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov sakinlərlə 22 aprel 2022-ci il tarixində 168 nömrəli tam orta məktəbin akt zalında səyyar qəbul keçirib. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq, müsəlmanları müqəddəs Ramazan ayı, pravoslavları Pasxa Bayramı münasibətilə ürəkdən təbrik etdi.
Qeyd edildi ki, xalqımız bu günlərdə çox əlamətdar tarixi hadisələrə şahidlik edir. Belə ki, 22 Aprel 2022-ci il tarixində Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı baş tutmuşdur. 65-dən çox ölkədən 600-dən çox soydaşımız Zəfər Qurultayında iştirak etmişdir. “Şuşa ili”ndə Cənab Prezidentin rəhbərliyi ilə Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi hər bir soydaşımıza fəxarət və qürur hissi yaşatdı. Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərin bərpası dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Aprelin 21-də ölkə başçısı Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub. İşğaldan azad olunan ərazilərdə intensiv abadlıq-quruculuq işləri aparılır. Azərbaycan özünəməxsus quruculuq kursu ilə müasir şəhərsalma üsulları olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir. Bu ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.
Çıxış zamanı natiq qeyd etdi ki, 20 aprel 2022-ci il tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun və digər sənədlərin imzalanması ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Rəsmi Bişkek Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddətinin uzadılmasında əhəmiyyətli rol oynayır. Dövlətlərimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində də həmişə bir-birinə dəstək verirlər. Dövlət başçısı həm də Şuşa şəhərinin gələn il türk dünyası¬nın mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğı¬zıstana təşəkkürünü bildirdi.
Vasif İmanov diqqətə çatdırdı ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur və ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
RİH başçısı eyni zamanda Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermiş, sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülmüş və həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən məhəllədaxili yollara asfalt örtüyün döşənməsi, işlə təmin olunma, evlərinin sənədləşməsi və digər məsələlərlə bağlı müraciət etdilər.

Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLPirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLPirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


“İlham Əliyev: Böyük yolun davamçısı. İslahatlar siyasətinin davamı” mövzusunda tədbir keçirildi

Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlham Əliyev: Böyük yolun davamçısı. İslahatlar siyasətinin davamı” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Qasımlı və Milli Məclisin Əmək və sosial siyasət; Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak etmişdir.
İlk öncə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov konfrans iştirakçılarını salamlayaraq, bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizin qüdrətlənməsi naminə gördüyü əvəzsiz xidmətlərdən danışan natiq bildirdi ki, cənab İlham Əliyev Ümumilli lider Heydər Əliyev siyasətinin sadiq və layiqli davamçısıdır. Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş zamanı ayın sonuna qədər ikitərəfli delimitasiya və demarkasiya üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlindiyini söyləyən natiq vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıqllar yaradıb. Ermənistanın revanşistlərı bilməlidir ki, onlar bir daha baş qaldırsa Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətsizliyi buna gətirdi ki, Azərbaycan özü 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ilə bu məsələni həll etdi.
Sonra “Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft Qaz Çıxarma İdarəsinin rəisi Ramin Quliyev çıxış edərək qeyd etdi ki, 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”ni imzalamaqla yeni neft strategiyasının və Azərbaycan xalqının uğurlu gələcəyinin əsasını qoymuşdur. Neft sazişləri imzalandığı vaxtdan Azərbaycanın yeni inkişaf erasına qədəm qoyduğunu vurğuluyan R.Quliyev neft sənayesinin əhəmiyyətindən ətraflı danışmış, milli sərvətimiz olan neftin uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün ən vacib vasitələrdən biri olduğunu qeyd etmişdir. Ümumilli lider Heydər Əliyevin neft strategiyasını 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab Prezident uğurla inkişaf etdirmişdir. Natiq çıxışında neft sənayesi rayonu olan Pirallahının timsalında bu siyasətin bariz nümunəsinin görüldüyünü qeyd etmişdir.
Sonra millət vəkili Musa Qasımlı çıxış edərək bildirdi ki, 2021-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyinin 30-cu ildönümünü qeyd etmişdir. 30 illik zamanda dövlətimizin və cəmiyyətimizin qarşısında 3 vacib amil- dövlət müstəqilliyini möhkəmləndirmək, ölkənin inkişafının açarını tapmaq və Ermənistan təcavüzünün qarşısını almaq məqsədləri dururdu. 1991-1993-cü illərdə ölkədə hökm sürən xaos və anarxiyanın qarşısını 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev almışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində xalqımız bu bəlalardan qurtarmış, iqtisadi inkişafa və sabitliyə doğru ciddi addımlar atılmışdır. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizin modernləşməsini və daha da qüdrətlənməsini qarşısına məqsəd qoymuşdur. Ölkəmizin qazandığı bütün uğurlarda Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğu “Əsrin müqaviləsi” sayəsində iqtisadiyyatımız güclənmiş, hərbi-sənaye kompleksimiz yaradılmış, vətəndaşlarımızın maddi-rifah halı yaxşılaşdırılmış və şanlı ordumuz 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad etmişdir. M.Qasımlı qeyd etmişdir ki, Azərbaycan xalqı milli-mənəvi və vətənpərvərlik dəyərlərinə sadiq qalaraq cənab Prezidentin ətrafında birləşib gələcəyə əmin addımlarla irəliləyəcəkdir.
Millət vəkilli Rauf Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Pirallahı rayonuna bir neçə dəfə səfərlər etmişdir. Bu səfərlərin hər biri əhalidə yüksək əhval ruhiyyə yaratmaqla, rayonun inkişafına güclü təkan vermişdir. Ən gənc rayon statusuna malik olan Pirallahıda gedən abadlıq və quruculuq işləri cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və islahatların təzahürüdür.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Vətən müharibəsi iştirakçısı, Süpay Məmədova “Suqovuşanın azad olunmasına görə” medalıını təqdim edərək ona uğurlar arzuladı.Şəhid ailələrinin təklifləri dinlənilmiş və sualları cavablandırılmışdır.

Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLPirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Pirallahı rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər