Masallı rayonunda silsilə tədbirlər davam edir

Masallı rayonunda silsilə tədbirlər davam edir



Türkoba kəndi ərazisində səyyar-görüş qəbulu

Masallı rayonunda silsilə tədbirlər davam edir


Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Türkoba kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Məmmədova Sədaqət İmanqulu qızı, Abdullayev Şəhriyar Ağayar oğlu, Hüseynov Teymur Möhübbət oğlu, Həşimov Amil Hakim oğlu, Mehrəliyev Nadir Əliheydər oğlu və başqaları veteranlıq ala bilməməsi, dövlət tərəfindən tikilmiş evinin təmiri, işlə təmin olunma, qaz xəttinin qəzalı vəziyyətdə olması və s. məsələlər barədə müraciət etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Masallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edir
Masallı rayonunda silsilə tədbirlər davam edir


Şəhid Nurlan Əbilovun anım günü

Masallı rayonunda silsilə tədbirlər davam edir


Masallı rayonunun Şərəfə kəndində «Şəhidlər» abidə-kompleksinin açılışı olub

19 aprel 2022-ci il tarixdə Masallı rayonunun Şərəfə kəndinin mərkəzində Böyük Vətən müharibəsi və Qarabağ şəhidlərinin şərəfinə yenidən qurulan «Şəhidlər» abidə-kompleksinin açılışı olub.
Masallı Rayon İcra Hakimiyyətinin başısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, döyüşçülərin, müharibə veteranlarının, kənd sakinləri, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Abidə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Masallıda da Qarabağ və Böyük Vətən müharibələrində həlak olanların xatirəsi daim əziz tutulur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Rayon rəhbəri geniş nitqində daha sonra vurğulayıb ki, Şərəfə zialılar kəndidir. Bu gün sonuncu masallı şəhidimiz, 3 medallı — «Füzulinin azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medallı Nurlan Fərrux oğlu Əbilovun birinci il mərasimidir.
Biz Nurlan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Kənd sakinləri Böyük Vətən müharibəsində də qəhrəmanlıq nümayiş etdirmişlər. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir.
İcra başçısı «Şəhidlər» abidə-kompleksinin təşəbbüsçüsü olmuş Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynovaya və zəhməti keçən hər kəsə minnətdarlıq bildirdi.
Tədbirdə digər çıxış edən, Vətən müharibəsi Qəhrəmanı, şəhid Polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə Cəfərova, Bakı Dğvlət Universiteti Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, veteran müəllim Xankişi Xankişiyev, Şərəfə kənd folklor kollektivinin rəhbəri Dürdanə Hüseynova və başqaları kəndin şəhidlərindən, onların Vətən və 1941-1945-ci il Böyük Vətən müharibəsində göstərdikləri şücaətdən, ordu-xalq-iqtidar birliyindən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Tədbirdə Şərəfə kənd orta məktəbinin şagirdləri, şəhid övladları Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Sonra rayon rəsmiləri və tədbir iştirakçıları böyük Vətən və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış «Şəhidlər» abidə-kompleksinin önünə qərənfillər qoydular.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon İcra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir kəndin mərasim evində davam etdirilib.

Masallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edirMasallı rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər