Milli məclisin deputatı Vüqar Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Milli məclisin deputatı Vüqar Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli məclisin deputatı Vüqar Bayramovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Milli məclisin deputatı Vüqar Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vüqar Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli məclisin deputatı Vüqar Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli məclisin deputatı Vüqar Bayramovdur.

Milli məclisin deputatı Vüqar Bayramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vüqar Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüqar Bayramov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vüqar Bayramovdan danışdılar yaxşı ki, Vüqar Bayramov Milli məclisin deputatıdır…Vüqar Bayramov öz isguzarlığı ilə tanınır və seçilir….

Vüqar Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vüqar Bayramov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vüqar Bayramov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vüqar Bayramovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vüqar Bayramov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vüqar Bayramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Milli məclisin deputatı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vüqar Bayramov özünü doğruldub. Bizdə hörmətli Vüqar Bayramovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Milli məclisin deputatı Vüqar Bayramov - Ötən il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi partiyamızın həyatında mühüm hadisə oldu. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Partiyamızın sədri, cənab Prezident İlham Əliyev Qurultayda öz çxışı ilə partiya struktrları və eləcədə üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirmiş oldu. VII Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi müasir dövrün tələb və çağırışlarından irəli gəlirdi. Qəbul edilmiş yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII Qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir.

VII Qurultayda ən əlamətdar hadisələrdən biri məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım Əliyevanın uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətindən Yeni Azərbaycan Partiyasının bəhrələnməsi partiyanın gələcək inkişafına mühüm töhfələr verəcəkdir. Bu isə ilk növbədə Yeni Azərbaycan Partiyasının yeni idarəetmə modelini özündə ehtiva etməsindən xəbər verir.

Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını doğruldaraq ümumxalq partiyası adını qazanmış partiyadır. Məhz bu səbəbdən də bir sıra partiyalar VII Qurultayda Yeni Azərbaycan partiyasına qoşulmaq qərarına gəldilər. Bu hal isə təbii ki, siyasi dialoqun və milli həmrəyliyin təzahürü hesab edilməlidir.

VII Qurultaydan sonra partiyada aparılan kadr islahatları peşəkarlıq, dövlətçilik və vətənpərvərlik prinsiplərinə əsaslanır. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.

Partiya sədrinin tapşırığı əsasında qəbul edilmiş yeni Proqram da VII Qurultaydan ötən dövr ərzində görülmüş mühüm işlərdən hesab edilməlidir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş yeni proqram öz mütərqqiliyi ilə seçilir və partiyanın gələcək inkişafı üçün mühüm sənəddir. Bir çox fəsil və istiqamətləri özündə birləşdirən Proqram peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, müasirlik kimi meyarları əsas tutur.

VII Qurultaydan ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. 2021-ci il 29 noyabr – 01 dekabr tarixlərində YAP nümayəndə heyəti Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak etmişdir. Bundan əlavə, YAP-ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. Eyni zamanda Yeni Azərbaycan Partiyası İCAPP - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Yeni Azərbaycan Partiyası ölkə daxilində də müxtəlif siyasi partiyalarla münasibətlərin qurulmasında maraqlıdır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Burada Yeni Azərbaycan Partiyasının əsas məqsədi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Hər zaman yeniliklərə açıq olan Yeni Azərbaycan Partiyası effektiv nəticələrin əldə olunması naminə özünün strateji hədəflərini müəyyən edib ki, bu hədəfələrin əsasında da ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə davamlı xidmət dayanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər