Mübariz Quliyev: ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ

Mübariz Quliyev: ÇƏTİN VƏ ŞƏRƏFLİ PEŞƏ


Cəlilabad Rayon Polis Şöbəsinin rəisi polkovnik Mübariz Quliyev - Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.

Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, qərbdən şərqə, şimaldan cənuba gedən yollar burada kəsişir. İqtisadi və ticarət əlaqələrinin inkişafına önəm verən ölkələr üçün Azərbaycan bu mənada böyük əhəmiyyət kəsb edir. Bu baxımdan həm region dövlətləri, həm də digər ölkələr burada oz maraqlarını həyata keçirməyə çalışırlar.

30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması regionun iqtisadi-mədəni inkişafına böyük zərbə vururdu. Azərbaycanın Naxçıvanla birbaşa dəmiryolu və avtomobil yollarınin bağlı olması Azərbaycan və Türkiyə əlaqələrinin sürətli inkişafına mane olurdu. Torpaqlarımızın uzun illər işğal altında qalması yeraltı və yerüstü sərvətlərimizdən istifadə etməyə mane olurdu. Ölkəmizə, xalqımıza məxsus olan sərvətlər xaricə daşınırdı. Uzun illər bu hal dünyanın böyük dövlətlərinin gözü qarşısında davam edirdi.

Lakin xalqımız daha bu ədalətsizliklə barışmadı. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun əsgərləri və zabitləri torpaqlarımızı qısa müddət ərzində azad etdilər. 44 günlük Vətən müharibəsi nəticəsində ordumuz və xalqımız düşmən üzərində Zəfər çaldı. Bu qələbə Azərbaycan xalqının gələcək həyatında yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan bütün dünyaya sübut etdi ki, o, bu regionda güc və söz sahibidir. Ölkəmizin marağına zidd olan hallara qarşı istənilən tədbirləri görməyə qadirdir.

Azərbaycan bu qələbə ilə həm də bölgədə sülhə, sabitliyə, iqtisadi inkişafa zəmin yaratdı. İndi yeni layihələr üzərində iş gedir. Azərbaycanın xarici bazarlara çıxışına yol açan iqtisadi dəhlizin açılışı üçün proqramlar işlənir. Burada Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlığı bu bölgədə yaşayan xalqların hamısına böyük fayda gətirəcək.

Azərbaycan bölgənin sürətli inkişafında lider dövlətə çevrildi. İndi xalqımız işğaldan azad olunmuş ərazilərini bərpa etməklə yanaşı, qonşu dövlətlərlə yeni iqtisadi-siyasi və mədəni əlaqələrin yaranmasına çalışır. İndi heç kəsə sirr deyil ki, bölgənin inkişafının yeganə yolu dinc yanaşı yaşamaq, sülh şəraitində qarşılıqlı etimada əsaslanan birgə çalışmaqdadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər