"Polis artıq vətəndaşın yaxın dostuna çevrilib" - Elcan Rəsulov

"Polis artıq vətəndaşın yaxın dostuna çevrilib" - Elcan Rəsulov


“Bu cəmiyyətdə və məhz bu ölkədə polis olmasa nələr baş verə bilər, yəqin hamımız bunu çox gözəl bilirik. Vaxtilə bizdə vətəndaşla polis arasında qorxulu bir sərhəd olub. Amma son illərdə polis artıq vətəndaşın ən yaxın dostuna çevrilib”.

“Bunu aktyor Elcan Rəsulov Polislər günü ilə bağlı paylaşımında yazıb. O bildirib ki, sosial şəbəkələrdə paulaşılan hadisələrə polisin dərhal reaksiya verdiyini bildirib:

“Köməksiz vəziyyətdə, heç kimi olmayan, özünü kimdənsə üstün sayanların önündə aciz qalanın, ümumiyyətlə kimliyindən asılı olmayaraq hər hansı bir şəraitdə polisə ehtiyacı olanın polis həmişə yanında olub. Ən yaxın dostundan da tez onun yanına gəlib. Sosial hesablarda qabaran ürəkağrıdan problemlərə ən tez polis reaksiya verir və dəfələrlə bununla bağlı vətəndaş sevincinin şahidi olmuşuq. 90-cı illərdən 2021-ci ilə boylansaq, artıq çox şeyin dəyişdiyini görərik. Artıq polisin rəsmi teleqram, instaqram, feysbuk hesabı var. Vətəndaşa ən yaxın yerlərdə polis var. Bu gün onların peşə bayramıdır. Bu formanı şərəflə daşıyan hər bir polisi təbrik edirəm” – aktyor qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər