İsa Hüseyn - Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında müstəsna xidmətlər göstərmişdir

İsa Hüseyn - Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında müstəsna xidmətlər göstərmişdir










27 oktyabr 1992-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı 45 ilk təşkilatı və 9877 üzvü özündə birləşdirir.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının qurultayı 5 ildə bir dəfə keçirilir. Qurultayın keçirilmə vaxtı Məclis tərəfindən müəyyən edilir. Sonuncu Qurultay 7 noyabr 2012-ci ildə keçirilmişdir.

Qurultaylararası dövrdə ali orqan Məclisdir. Məclis ildə 2 dəfə keçirilir. İttifaqın Rəyasət Heyətinin iclası ayda 1 dəfə keçirilir.

2010-2012-ci illər Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının və Milli Elmlər Azad Prezidiumu arasında kollektiv saziş, ilk həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlərlə kollektiv müqavilələr bağlanmışdır.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Hüseyn oğlu Alıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

İsa Hüseyn - Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

O, xalqının və dövlətinin maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi. Danılmaz faktdır ki, respublikamızın ən yeni tarixinin bütöv bir dövrü, siyasi-iqtisadi, mədəni və mənəvi yüksəlişi məhz onun siyasi və dövlətçilik fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Həyatını xalqına həsr etmiş müdrik zəka sahibi, əzəmətli şəxsiyyət olan Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında, möhkəmləndirilməsində, ölkəmizin dünya miqyasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur və bu siyasət respublikamızın uğurlu inkişafının əvəzsiz təminatıdır ".

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər